"Fənərbağça" doğma meydanda "Ferentsvaroş"un müqavimətini qıra bilmədi 

"Fənərbağça" doğma meydanda "Ferentsvaroş"un müqavimətini qıra bilmədi 

Türkiyənin "Fənərbağça" klubu futbol üzrə UEFA Avropa Liqasında növbəti oyununa çıxıb. 

Olimpnews.az xəbər verir ki, İstanbul təmsilçisi Liqa mərhələsinin dördüncü turunda Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Matçda hesabı 66-cı dəqiqədə Varqa Barnabas açıb. üç dəqiqə sonra isə Talişka fərqlənərək "sarı-lacivərdlilər"in bərabərlik qolunu vurub.