Futbol üzrə UEFA Avropa Liqasında Liqa mərhələsinin daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, İtaliyanın "Roma" klubu doğma meydanda Danimarkanın "Midtyullann" komandasını qəbul edib. Oyun "Roma" klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İtaliya təmsilçisi qələbə sayəsində xallarının sayını 9-a çatdıraraq müvəqqəti olaraq 11-ci pilləyə yüksəlib. Danimarka təmsilçisi isə 12 xalla birinci pillədə qərarlaşıb.


