Misli Premyer Liqasında XIII tura start verilir

Misli Premyer Liqasında XIII tura start verilir

Bu gün futbol üzrə Misli Premyer Liqasında XIII turun oyunlarına start veriləcək.

Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə 2 qarşılaşma təşkil olunacaq. 

Meydana əvvəlcə turnir cədvəlinin 10-cu pilləsində qərarlaşan “Kəpəz” və üçüncü pillədə yer alan “Zirə” komandaları çıxacaq. Yevlax şəhər stadionunda təşkil olunacaq oyunun start fiti saat 14:00-da səslənəcək. Matçın baş hakimi Rəşad Əhmədov olacaq. 

Günün ikinci oyunu isə Tovuz şəhər stadionunda baş tutacaq. Lider "Qarabağ"dan sonra ikinci pillədə qərarlaşan “Turan Tovuz” klubu 8-ci pillədə yer alan “Neftçi”ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək oyuna saat 18:30-da start veriləcək. Oyunun baş hakimi Fərid Hacıyev olacaq. 

Qeyd edək ki, tura noyabrın 30-da yekun vurulacaq.