Güləşçilərimiz beynəlxalq turnirdə 7 medal qazanıblar

Güləşçilərimiz beynəlxalq turnirdə 7 medal qazanıblar


Bolqarıstanın Plovdiv şəhərində Petko Sirakov və İvan İliyevin xatirəsinə həsr olunmuş güləş üzrə 17-ci beynəlxalq turnir davam edir.
Turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız da iştirak edirlər. Turnirin ikinci günündə güləşçilərimiz 3 qızıl və 4 bürünc medala sahib olublar.
Gənc qızların mübarizəsində Raqnetta Qurbanzadə (67 kq) və Şəfəq Muradzadə (48 kq) yığmamıza qızıl medal qazandırıblar.
Yunan-Roma güləşi üzrə yarışlarda Kərim Cəfərov (60 kq) və Hacımurad Bağmanov (74 kq) bürünc medal əldə ediblər.
Sərbəst güləşçilərimizdən Nurməhəmməd Hacıyev (84 kq) qızıl medal qazansa da, Mircəlal Həsənzadə (55 kq) və Abdulmuslim Muxuddinov (66 kq) bürünc medalla kifayətləniblər.
İki günün yekunlarına əsasən, güləşçilərimizin hesabında 5 qızıl, 3 gümüş və 4 bürünc medal var.