Azərbaycanlı gimnastlar Dünya kubokunun mükafatçılarıdırar
Almaniyanın Ştutqart şəhərində bədii gimnastika üzrə dünya kuboku keçirilib.
Yarışların ikinci gnündə müxtəlif növ proqramlar üzrə medallar oynanılıb. Azərbaycanın qrup yığması 5 cütlüklə gürz tapşırığında 17,1 balla bürünc mükafatçı olub. Gimnastlarımız 3 top və iki lentlə 17,05 bal yığaraq 4-cü olublar.
Marina Durunda dörd finalda iştirak edib. İdmançımız halqa ilə hərəkətdə 6-cı (17,7 bal), topla 5-ci (17,7), gürzlə 5-ci (17,7), lentlə 6-cı (17) olub.