"Real" Kataloniya səfərində xal itirdi 

"Real" Kataloniya səfərində xal itirdi 

Futbol üzrə İspaniya La Liqasında 14-cü turun oyunlarına yekun vurulub. 

Olimpnews.az xəbər verir ki, turun son oyununda Madridin "Real" klubu "Jirona"nın qonağı olub. 

Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb. Matçda hesabı Kataloniya təmsilçisi açıb. Azedine Qunahi 45-ci dəqiqədə "Jirona"nı hesabda irəli çıxarıb. Lakin matçın 67-ci dəqiqəsində Kilian Mbappe penaltidən fərqlənərək bərabərlik qolunun müəllifi olub. 

"Kral klubu" xal itkisinə görə turnir cədvəlində bir pillə geriləyərək ikinci sıraya enib. Xabi Alonsonun komandası 14 turdan sonra 33 xalla ikinci pillədə qərarlaşıb. 12 xalı olan "Jirona" isə 18-cidir. 

Turnir cədvəlinə 34 xalla "Barselona" klubu başçılıq edir.