Türkiyə Super Liqasının 14-cü turu derbi ilə əlamətdar olub.
Olimpnews.az xƏbər verir ki, "Fənərbağça" və "Qalatasaray" komadalarının üz-üzə gəldiyi oyunda qalib müəyyənləşməyib -1:1.
Matçda hesabı 27-ci dəqiqədə Qalatasaray"ın futbolçusu Leroy Sane açıb. Lakin qonaqlar üstünlüyünü sona qədər qoruya bilməyiblər. 90+5-ci dəqiqədə Con Duran "Fənərbağça"nın bərabərlik qolunun müəllifi olub. "Aslanlar" 14 turdan sonra 35 xalla birinci, "sarı-lacivərdlilər" isə 31 xalla ikincidir.


