Argentinalı hücumçu Lionel Messinin Argentinanın Mar del Platada şəhərindəki heykəli sındırılıb.
Olimpnews.az "Ahora Mar del Plata" portalının məlumatına istinadən xəbər verir ki, futbolçunun heykəli iki yerə bölünüb.
Məlumat üçün bildirək ki, heykəl "El Nuevo Mundial" kafesinin girişində yerləşirdi. Heykəldə Messi milli komandanın rənglərində, əlində Dünya kuboku ilə təsvir olunmuşdu.


