Münhen "Bayern"inin fəxri prezidenti Uli Hönes bu mövsüm "Liverpul"un problemləri barədə danışıb.
İngilis nəhəngi yay transfer pəncərəsi dövründə transferlərə 500 milyon avro xərcləyib.
""Bayern"in illərdir izlədiyi Florian Virtz də "qırmızılar"aqoşulub. "Liverpul" 500 milyon avro xərcləyib. Məncə, problem komandanın super ulduzlarla dolu olmasıdır. Onların çoxlu "rəhbərləri" var, amma "işçiləri" yoxdur. Topu əldən vermək istəmirlər. Tezliklə beş topla oynamalı olacaqlar. Yazıq Virtzə ötürmə verən yoxdur. Salah, Soboslay və başqaları özləri üçün oynamaq istəyir", - deyə "Bayern & Germany" Hönesin sözlərindən sitat gətirib.
Məlumat üçün bildirək ki, "Liverpul" 13 oyundan sonra Premyer Liqa turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb.
Münhen əfsanəsi "Liverpul"u məsxərəyə qoydu


