"Mançester Siti"nin qapıçıları qışı gözləyirlər

"Mançester Siti"nin qapıçıları qışı gözləyirlər

"Mançester Siti"nin qapıçıları Ceyms Trafford və Stefan Orteqa qış transfer pəncərəsində klubdan ayrılmağı planlaşdırırlar. Jurnalist Cek Qoqanın sözlərinə görə, hər iki qapıçı Canluici Donnarumanın əvəzedicisi kimi "şəhərlilər"in heyətində ehtiyatda oturmaq istəmirlər.

Qeyd edək ki, bu mövsüm 23 yaşlı Trafford altı oyunda iştirak etsə də, 33 yaşlı Orteqa ümumiyyətlə meydana çıxmayıb.