Bakıda keçiriləcək Avropa Çempionatında 33 ölkə öz iştirakını bəyan edib
13-15 iyun tarixlərində Bakıda keçiriləcək Bədii Gimnasitika üzrə Avropa Çempionatında iştirak üçün 33 ölkə müraciət edib. Bu ölkələr siyahısına Andorra, Avstriya, Belçika, Belarus, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, İspaniya, Estoniya, Finlandiya, Fransa, Günrcüstan, Almaniya, Yunanıstan, İsrail, İtaliya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Portuqaliya, Rumınaya, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna, və təbii ki, Azərbyacan da daxildir.
Bu haqda Lozanda yerləşən Avropa Gimnastika Şurası katibliyindən məlumat verilib. 32 ölkədən olan gimnastlar yuniorlar arasındakı fərdi turnirdə, 21 komanda isə yuxarı yaşlılar qrupunda yarışacaq. Yəni hər bir ölkə fərdi proqramda 4 gənc idmançı ilə və qrup yarışlarında böyüklərdən ibarət 1 ehtiyat qrupla təmsil oluna bilər.
Sonra isə qitənin 20 ən yaxşı gimnastı idmanın müxtəlif növləri üzrə yarışa əsasən müəyyən olunacaq.
Ümumilikdə Bakıda 258 idmançı 9 mükafat dəsti uğrunda mübarizə aparacaq.