Salah "Liverpul"u tərk edir

Salah "Liverpul"u tərk edir

"Liverpul"un hücumçusu Məhəmməd Salah dekabrın 15-də Afrika Millətlər Kubokunda iştirak etmək üçün Misir milli komandasının düşərgəsinə yollanacaq. Bu barədə "Liverpul"un baş məşqçisi Arne Slot məlumat verib.

Məlumat üçün bildirək ki, Afrika Millətlər Kuboku 21 dekabr - 18 yanvar tarixlərində Mərakeşdə keçiriləcək. Misir komandası qrup mərhələsində Cənubi Afrika, Anqola və Zimbabve ilə qarşılaşacaq.