Balkan təmsilçisi azarkeşlərini məyus edib

Balkan təmsilçisi azarkeşlərini məyus edib

Tennis üzrə dünya reytinqində 43-cü yerdə olan rumıniyalı tennisçi Sorana Cirstea 2026-cı il mövsümündən sonra idmançı karyerasını başa vuracaq. "Mən tennisi, intizamı və zəhməti sevirəm. Rəqabət və adrenalin ruhumu qidalandırır. Amma həyatda hər şeyin bir sonu var. Gələn il peşəkar karyeramın  20-ci ili olacaq. Heç vaxt bu qədər uzun müddət oynayacağımdan əmin deyildim. 2026-cı ildə tennislə vidalaşacağam. Tennis əbədi olaraq sənə borcluyam", - deyə Cirstea şəxsi sosial media səhifəsində paylaşım edib.

Məlumat üçün bildirək ki, 35 yaşlı Balkan təmsilçisi üç dəfə fərdi yarışda WTA titulunu qazanıb.