Lənkəran şəhər Həzi Aslanov adına Xatirə Parkında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Səyyar sağlam həyat" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib.
"Səyyar sağlam həyat" layihəsi çərçivəsində səyyar idman avtomobili ətrafında yerləşən idman qurğularında idman həvəskarları müxtəlif idman növləri üzrə atletika, qolların açılıb bükülməsi, turnikdə dartınma, tibbi topun atılması, yerindən təkanla tullanmaq və digər idman normativlərini yerinə yetiriblər.
Şəhər sakinləri tərəfindən böyük sevinc və maraqla qarşıladığı tədbirin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.
"Səyyar sağlam həyat" layihəsi çərçivəsində idman tədbiri keçirilib


