Lerikdə hazırda Gənclər və İdman Nazirliyinin təşəbbüsü əsasında keçirilən və əsas məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlaması olan “Səhər idmanı” layihəsi çərçivəsində tədbirlərə böyük həvəslə qoşulurlar. Növbəti belə idmanlı tədbir gimnastika üzrə səhər məşqləri olub. Belə ki, 15 nəfər rayon sakini şəhərin Heydər Əliyev Meydanında səhər idmanı edərək sağlam həyat tərzinə çağırış ediblər.
Lerikdə "Səhər idmanı" layihəsi çərçivəsində tədbir keçirilib


