Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən 2013-cü ilin yekunlarına əsasən, ilin ən yaxşı güləşçilərinin adları açıqlanıb.
Yığma komandamızın üzvü Saman Təhmasibi yunan-Roma güləşi üzrə 2013-cü ilin ən yaxşı güləşçisi seçilib.
Ötən il keçirilən dünya çempionatında gümüş (10 xal), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində qızıl (6 xal) medal qazanan və Avropa çempionatında 5-ci yeri (2 xal) tutan S.Təhmasibi yunan-Roma güləşçiləri arasında ən yüksək – 18 reytinq xalı toplayaraq bu ada layiq görülüb.
FİLA il ərzində keçirilən mötəbər beynəlxalq yarışlarda (Olimpiya oyunları, dünya çempionatı, qitə çempionatları, "Qızıl Qran-pri” turnirinin final mərhələsi) göstərdiyi nəticələrə görə idmançıları qiymətləndirir.