Güləşçimiz finaldadır
Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçirilir. Püşkatmanın nəticələrinə əsasən, güləşçilərimizin ilk rəqibləri bəlli olub..
Güləşçimiz Xetaq Qazyumov finala çıxmağı bacarıb və onun finalda rəqibi Rusiya təmsilçisi Abdusalam Qadisov olacaq.
Çempionatın ilk günündə 65 və 97 kq sərbəst, 48 və 58 kq qadın güləşçilər mübarizə aparırlar.
65 kq
1/8 final - Toğrul Əsgərov - Borislav Noviçkov (BUL) 5-13
97 kq
1/8 final - İvan Yankovski (BLR) - Xetaq Qazyumov 0-7
1/4 final - Staneslav Skaskieviç (POL) - Xetaq Qazyumov 2-6
1/2 final - Xetaq Qazyumov - Pavlo Oliinik (UKR) 4-0
FİNAL - Xetaq Qazyumov - Abdusalam Qadisov (RUS)
48 kq
1/8 final - Mariya Stadnik - Nadejda Fedorova (RUS) 14-2
1/4 final - Mariya Stadnik - Mercedesz Deneş (HUN)
1/2 final - Madalina Linguraru
58 kq
1/4 final - İrina Netreba - Viktoriya Bobeva (BUL) 8-4
1/2 final - İrina Netreba - Anastasiya Huçok (BLR)
İlk görüşlər Bakı vaxtı ilə saat 12.00-da başlayıb. Final görüşləri isə saat 20.00-da başlayacaq. Tamaşaçılar medal görüşlərini canlı yayımla İdman Azərbaycan telekanalından izləyə biləcəklər.