Rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədilə Qəbələdə "Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.
Qəbələ şəhər 2 saylı orta məktəbində təşkil olunan yarışın açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edib. O, yarışın əsas məqsədinin məktəblilər arasında aparılan hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, onların fiziki hazırlığını artırmaq və ordu sıralarında xidmətə hazırlamaqdan ibarət olduğunu qeyd edib.
Sonra hərbi-idman yarışına start verilib. Yarışda iştirak edən 10-11-ci sinif şagirdləri sıra hazırlığı, maneələri dəf etmə, avtomatın sökülüb-yığılması, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, mülki müdafiə hazırlığı və digər mərhələlər üzrə qüvvələrini sınayıblar.
Birincilikdə Soltannuxa kənd orta məktəbinin komandası yarışların qalibi adını qazanıb. Qəbələ şəhər 2 və 1 saylı orta məktəblərinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qalib komandalar Qəbələ Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.