Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII turun növbəti oyunları keçiriləcək.
Olimpnews.az xəbər verir ki, Azərbaycanın "Qarabağ" klubu da UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə qarşılaşacaq. Oyunun start fiti saat 21:45-də səslənəcək.
Qarşılaşmanın baş hakimi isveçrəli Sandro Şerer olacaq.
Xatırladaq ki, Azərbaycan çempionu hazırda 7 xalla 25-ci pillədə qərarlaşıb. Frankfurt təmsilçisi isə 4 xalla 33-cü sıradadır.


