İtaliyanın futbol tarixində özünəməxsus iz qoymuş, “Milan” klubunun və İsveç milli komandasının keçmiş hücumçusu Zlatan İbrahimoviç Milan–Kortina Qış Olimpiya Oyunları ilə bağlı keçirilən məşəl mərasiminin əsas simalarından biri olub.
Olimpnews.az xəbər verir ki, əfsanəvi futbolçu Milanda Olimpiya məşəlini daşıyaraq mərasimə xüsusi rəng qatıb.
Budəfəki Olimpiya Oyunları tarixə daha bir yeniliklə düşüb. Belə ki, ilk dəfə olaraq iki Olimpiya məşəli eyni vaxtda alovlandırılıb. Məşəllərdən biri Milanda şəhərin rəmzlərindən sayılan Sülh Tağının ətrafında, digəri isə Kortina Ampetsoda Piatsa Dibona meydanında yerləşdirilib.
Qeyd edək ki, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi bu gün saat 23:00-da Milandakı məşhur “San Siro” stadionunda başlayacaq.


