Milan-Kortina-2026 Qış Olimpiya Oyunları zamanı israilli bobsleyçi Adam Edelman oğruların hücumuna məruz qalıb. Oğrular İsrail bobsley komandasının hotel otağına girərək idmançıların pasportlarını və 3 min dollar dəyərində əşyalarını özləri ilə aparıblar.
"Olimpiya Oyunlarına başlamazdan bu cür halla rastlaşmaq məni məyus etdi. Özümü mənəvi cəhətdən toplmağa çalışacağam. Yəqin ki, bu mənim çıxışıma təsir etməyəcək", - deyə Edelman sosial şəbəkə hesabında yazıb.
Yayılan məlumatlara görə, hadisə ilə bağlı İtaliya hüquq-mühafizə orqanları araşdırma aparırlar.
Milan-Kortina-2026: Oğrular İsrail komandasına ziyan vurublar


