Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçirilir. Çempionatın ilk günündə 48 kq çəki dərəcəsində mübarizə aparan qadın güləşçiməz Mariya Stadnik 4-cü dəfə Avropa çempionu tituluna layiq görülüb.
Mariya Stadnik (48 kq) 1/8 finalda rusiyalı Nadejda Fedorova ilə qarşılaşıb. İdmançımız 14:2 hesabıyla üstün olub. 1/4 finalda isə o, Macarıstan təmsilçisi Mersedes Deneşi tam üstünlüklə (10:0) məğlub edib. Yarımfinalda rumıniyalı Maqdalina Linquraruya da qalib gələn güləşçimiz finala yüksəlib. Finalda rəqib ukraynalı Natalya Pulkovskanı tam üstünlüklə - 11:0 məğlub edən Mariya Stadnik 4-cü dəfə Avropa çempionu adını qazanıb.
48 kq
1/8 final - Mariya Stadnik - Nadejda Fedorova (RUS) 14-2
1/4 final - Mariya Stadnik - Mercedesz Deneş (HUN) 10-0
1/2 final - Madalina Linguraru (ROU) - Mariya Stadnik 0-11
FİNAL - Nataliya Pulkovska (UKR) - Mariya Stadnik 0-11