Hokkey üzrə Finlandiya milli komandasının rəhbərliyi "Florida Panthers" komandasının baş məşqçisi Pol Maurisə Milan-Kortina-2026 Olimpiadasından əvvəl komandaya baş məşqçilik üçün təklif göndərib.
Olimpnews.az xəbər verir ki, bu barədə Finlandiyanın "Helsingin Sanomat" qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, yığmada yer alan oyunçular hazırkı məşqçi Antti Pennanenə inamı ötən il Finlandiyanın sonuncu yeri tutduğu Dörd Millət Turnirindən sonra azalıb.
Qeyd edək ki, Finlandiya komandası olimpiadaya məğlubiyyətlə başlayıblar. "Suomilər" ilk görüşdə Slovakiyaya uduzublar - 4:1.


