Gürcüstandan Qış Olimpiadasında tarixi uğur 

Gürcüstandan Qış Olimpiadasında tarixi uğur 

Milan-Kortina-2026-da iştirak iştirak edən Gürcüstan komandası ilk dəfə olaraq Qış Olimpiya Oyunlarında tarixi uğur əldə edib.

Olimpnews.az xəbər verir ki, fiqurlu konkisürmə üzrə cütlüklərin yarışında mübarizə aparan Anastasiya Metyolkina və Luka Berulava XXV Qış Olimpiadasında gümüş medal qazanıb. Yarışın qalibi adını isə Yaponiya təmsilçiləri - Riku Miura və Ryuiçi Kihara olub. 

Məlumat üçün bildirək ki, Metyolkina və Berulava Rusiyada dünyaya gəliblər. Onlar sonradan Gürcüstan vətəndaşlığı alaraq, müvafiq olaraq 2020 və 2019-cu ildən etibarən bu ölkəni beynəlxalq arenada təmsil etməyə başlayıblar.