Çinli konkisürən Milanda hamını heyrətlənirdi - Rekord

Çinli konkisürən Milanda hamını heyrətlənirdi - Rekord

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında daha bir sensasiyalı nəticə qeydə alınıb.

Olimpnews.az xəbər verir ki, 26 yaşlı çinli sürətli konkisürən Ning Zhongyan 1500 metr məsafəyə qaçışda qızıl medal qazanıb. O, bu yarışda bütün zamanların lideri amerikalı Cordan Ştoltsu qabaqlayıb. Eyni zamanda yeni Olimpiya rekordunu müəyyənləşdirib. Niderlandlı Kjeld Nuis ilk üçlüyü tamamlayıb.
Məlumat üçün bildirək ki, Cordan Ştolts bu olimpiadada iki qızıl (1000 m və 500 m məsafələrdə) medal əldə edib.      

Milan-Kortina-2026

Sürətli konkisürmə (Kişilər, 1500 metr)


1. Ning Zhongyan (Çin) - 1:41.98 (yeni Olimpiya rekordu).
2. Jordan Stolts (ABŞ) - 0.77 geridə.
3. Kjeld Nuis (Hollandiya) +0.84…