Dünən Portuqaliyanın paytaxtı Lissabonda bədii gimnastika üzrə Dünya Kuboku yarışları başlayıb.
Şəxsi yarışlarda Azərbaycanı Marina Durunda və Gülsüm Şərifzadə, qrup yarışlarında isə Səbinə Abbasova, Siyana Vasilyeva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevadan ibarət qrup komandası təmsil edir.
Yuniorların turnirində Jalə Piriyeva və Züleyxa İsmayılova medal uğrunda mübarizə aparacaqlar. İdmançı qızların fəaliyyətinə yığma komandanın məşqçiləri Anastasiya Prasolova, Meylia Bəsriyeva və Yasena Kuyumciyeva rəhbərlik edirlər.
Yarış aprelin 6-dək davam edəcək.