İtaliyanın Milan və Kortina Ampetso şəhərlərinin ev sahibliyi etdiyi XXV Qış Olimpiya Oyunları bu gün başa çatacaq.
İtaliyanın simvollarından biri sayılan Verona Arenasında (Verona Olympic Arena) saat 20:00-da (Bakı vaxtı ilə 23:00) bağlanış mərasimi keçiriləcək.
Xatırladaq ki, bu mötəbər idman yarışında Azərbaycanı iki idmançı - dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev təmsil edib.


