İspaniyalı xizəkçi olimpiadada 54 ildən sonra ilkə imza atıb

İspaniyalı xizəkçi olimpiadada 54 ildən sonra ilkə imza atıb

İspaniyalı xizəkçi Oriol Kardona Kol XXV Qış Olimpiya Oyunlarının qalibi olmaqla ilkə imza atıb.

O, 1972-ci ildən bəri Qış Olimpiya Oyunlarında qızıl medal qazanan ilk ispan idmançı olub.

O, bu uğura fevralın 19-da keçirilən sprint yarışında nail olub.

Sonuncu dəfə bu nailiyyəti dağ xizəkçisi Fransisko Fernandes Oçoa 54 il əvvəl slalom yarışında qazanmışdı.