Fiziki qüsurlu insanlar diqqətdən kənarda qalmır

Fiziki qüsurlu insanlar diqqətdən kənarda qalmır


Bakının Ramana qəsəbəsində "Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi”ndə Novruz bayramına həsr olunmuş stolüstü idman növləri üzrə keçirilən yarışlara yekun vurulub.
Turnir Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin maliyyə dəstəyi və "Spartak” KBTİC RŞ-in təşkilatçılığı ilə keçirilib. 5 idman növü üzrə (şahmat, dama, nərd, gücsınama və darts) keçirilən yarışlarda 85 fiziki qüsurlu insan mübarizə aparıb.
Yarışlarda ilk üç yeri tutan iştirakçılar fəxri fərmanlar və pul mükafatları ilə təltif olunublar.
Qeyd edək ki, Novruz bayramı münasibəti ilə təşkil olunan yarışlarda, o cümlədən təlim kurslarında iştirak edənlərin hər biri mükafatlandırılıb.