“Şahin” hərbi-idman oyunları

“Şahin” hərbi-idman oyunları


Aprelin 2-də Masallı şəhərindəki 3 nömrəli tam orta məktəbdə "Şahinlər” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilib.
Gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Birinciliyin əsasnaməsinə uyğun olaraq, komandalar sıra hazırlığından sonra mübarizəni estafet mərhələsində davam etdiriblər.
Yarışların nəticəsinə əsasən, Masallı şəhər 1 nömrəli, Digah və Xırmandalı kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutub. Rayon birinciliyində qalib gələn komanda Salyan şəhərində keçiriləcək zona mərhələsində iştirak etmək hüququ qazanıb.

*      *      *
İsmayıllı rayon Gənclər və İdman İdarəsi "Şahin” hərbi-idman oyunlarının rayon birinciliyini keçirib. Yarışda rayonun 20 tam orta məktəbinin komandaları iştirak edib. Açılış mərasimində rayonun Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edib. O, oyunun məqsədinin gənclərdə hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək,məktəblilərin fiziki hazırlığını artırmaq və ordu sıralarına hazırlamaqdan ibarət olduğunu bildirib. Gərgin keçən mübarizədə I yerə şəhər 3 saylı , II yerə şəhər 6 saylı , III yerə şəhər 1 saylı məktəbin komandalari layiq görülüblər.