Fotofinişə düşən itin sahibini tapdılar

Fotofinişə düşən itin sahibini tapdılar

Xəbər verdiyimiz kimi, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında xizəksürmə üzrə komanda sprint yarışlarının seçmə mərhələsi zamanı finiş xəttində it görünüb. Fotofinişə düşən canavar qarışığı olan itin sahibi də tapılıb. Mediada adının çəkilməsini istəməyən kişi itin çox sosial olduğunu qeyd edib. O, İtaliyanın Val di Fiemme şəhərindəki yarış rəsmilərindən biri ilə ailəsinin əlaqələri olduğu üsün yarışa "qoşulub". Məlum olub ki, Olimpiadada günün qəhrəmanı olan itin adı Nazgüldür.
"Həmin gün həmişəkindən daha çox gileylənirdi. Bilirdi ki, biz yarışa baxmağa gedirik. Düşünürəm ki, sadəcə arxamızca qaçmaq istəyirdi. O, həmişə insanlara kömək etməyə çalışır. Nazgül inadkardır, amma çox mehribandır", - NPR portalı itin sahibindən sitat gətirib.
Qeyd edək ki, Nazgül xizəkçilərin arxasınca qaçdı və yarışı da başa vurub. Təşkilatçılar daha sonra itin fotofinişini nümayiş etdiriblər. Onun görüntüləri bütün dünyaya yayılıb.