Konkurçular bu dəfə “Murad kuboku” uğrunda yarışacaqlar

Konkurçular bu dəfə “Murad kuboku” uğrunda yarışacaqlar


Aprelin 12-də Binəqədi Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə M*-S* kateqoriyalı "Murad kuboku” turniri keçiriləcək. Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışda ümumiliklə 15-ə yaxın idmançı 30 atla mübarizə aparacaq. Yerli hakimlər kollegiyasının nəzarət edəcəyi yarışın ümumi mükafat fondu 5 min manatdır.