Yunan-Roma güləşçilərimiz Avropa çempionatında mübarizəni davam etdirirlər

Yunan-Roma güləşçilərimiz Avropa çempionatında mübarizəni davam etdirirlər


Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı davam edir. Çempionatın beşinci günündə 59, 66, 98 və 130 kq çəki dərəcələrində mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıblar.
59 kq çəki dərəcəsində mübarizə aparan Kamran Məmmədovun 8/1finalda r’qibi Mixail Novakı (Çexiya) olub/ 4/1 finalda moldovalı Viktor Ciobanu ilə gərgin qarşılaşmada məğlub olan güləşçimiz rəqibin finala çıxması ilə təsəlliverici görüşlərdə iştirak etmək hüququ qazanıb. Əvvəlcə Almaniya təmsilçisi Deniz Menekşeni məğlub edən K.Məmmədov bürünc medal uğrunda görüşdə Türkiyə təmsilçisi Rəhman Bilici ilə qarşılaşıb və bu görüşdən qalib ayrılıb.
Həsən Əliyev (66 kq) 16/1 finalda Marius Tommeseni (Norveç) məğlub etməyi bacarıb. Növbəti mərhələdə almaniyalı Frank Steablerlə üz-üzə gələn güləşçimiz xalçadan qalib ayrılıb. Dörddəbir finalda Yunanıstan təmsilçisi Vladimiros Matiasa da qalib gələn pəhləvanımız yarımfinalda polşalı David Kareçinskini üstələyərək finala adlamışdır. Həlledici qarşılaşmada rusiyalı rəqibi Adam Kurakla gərgin keçən qarşılaşma güləşçimiz üçün uğurlu keçməyib və Həsən gümüş medalla kifayətlənib.
Qeyd edək ki, çempionatın sonuncu günündə 71, 75, 80 və 85 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.