Azərbaycan gimnastı Portuqaliyada 2 qızıl medal qazandı
Lissabonda bədii gimnastika üzrə beynəlxalq turnir və Dünya Kuboku başa çatıb.
Turnirin son günü azərbaycanlı yunior Jalə Piriyeva final mərhələsində lent və halqa ilə ayrı-ayrı çıxışlar zamanı iki qızıl medal qazanıb. Topla yerinə yetirilən final tapşırığında isə Jalə 4-cü yerə sahib olub.
Mariya Durunda isə Dünya Kubokunda topla çıxış zamanı 1-ci, gürzlə çıxışda 4-cü, lentlə çıxışda isə 8-ci olub.
Qeyd edək ki, 5 gürz, 3 top və 2 lentlə yerinə yetirilən tapşırıqda Azərbaycanın qrup komandası 4-cü yeri tutub.