Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin idman xronikası

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin idman xronikası


Boks
Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında boks üzrə Bakı birinciliyi keçirilib. Birincilikdə "Neftçi idman klubu” İB, "DİN” İC, "Rabitə” İK, MOİK, "Sədərək” İK, "Təhsil” RİM, "Zenit” İK, "Gömrükçü”, "Qəbələ” İK, "Naxçıvan” İK və AzTU-nu təmsil edən 92 nəfər idmançı mübarizə aparıb.

Bençpress və pouerliftinq
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 5 saylı İOEUGAM-da bençpress və pouerliftinq idman növü üzrə Bakı birinciliyi keçirilib. Birincilikdə 87 nəfər idmançı mübarizə aparıb. Yekun nəticələrə görə bençpress növü üzrə Azər Əlizadə (52 kq), Nicat Əyyubov (56 kq), Samir Məmmədov (60 kq), Fərdi Qurbanov (67,5kq), Zərdüşt Həzrətov (75 kq), Ruslan Mustafaye (82,5 kq) və diğərləri I yerə layiq görülüblər.
Yarışın qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.