Səmti müəyyən edənlər ilk dəfə Avropa çempionatında

Səmti müəyyən edənlər ilk dəfə Avropa çempionatında

Aprelin 9-dan 16-na kimi Portuqaliyanın Palmela şəhərində səmti müəyyən etmə idman növü üzrə Avropa çempionatı keçiriləcək. İlk dəfə Avropa çempionatına dəvət olunan ölkəmizi yarışda 5 idmançı təmsil edəcək.
Yarışda Avropanın 30-a yaxın ölkəsi iştirak edəcək. Yeddi gün davam edəcək çempionatda idmançılarımız uzun və orta məsafə, eləcə də sprint üzrə yarışda çıxış edəcəklər.
Qeyd edək ki, milli komandanın Portuqaliyaya uçuşu aprel ayının 8-i nəzərdə tutulub.