Bolqarıstanda qılıncoynatma üzrə dünya çempionatı keçirilir

Bolqarıstanda qılıncoynatma üzrə dünya çempionatı keçirilir

Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya çempionatı keçirilir. Çempionatda Azərbaycan millisi də mübarizə aparır.
Qılıncoynatmanın sabliya növü üzrə şəxsi yarışlarda Azərbaycan idmançısı Fatimə İbrahimova qrup mərhələsini uğurla başa vuraraq pley-off-a yüksəlib. Bu mərhələdə idmançımız Rusiya təmsilçisi Sofiya Pozdnyakovaya məğlub olaraq yarışda iştirakını başa vurub.
Sabliya üzrə dünya çempionu adını rusiyalı Alina Moseyka qazanıb.