Çempionatda vahid lider müəyyənləşdi

Çempionatda vahid lider müəyyənləşdi

Bakı Otüstü Hokkey Kompleksində XIII ölkə çempionatının yüksək dəstəsində yarışan kişi otüstü hokkey komandaları arasında III turun oyunları keçirilib. Əvvəlcə meydana Bakı və Sumqayıt şəhərlərinin eyniadlı - "Atasport” komandaları çıxıb.

Görüşdə paytaxt hokkeyçiləri 6:1 hesabı ilə qələbə qazanıblar. Turun digər görüşündə isə Qusarın "Şahdağ” komandası ölkə çempionu "Akkord”(Bakı) klubu ilə üz-üzə gəlib. Altı dəfə qızıl medallara sahib çıxan "Akkord” 3:2 hesablı qələbə qazanıb.
Beləliklə, 3-cü turdan sonra "Atasport”(Bakı) 7 xalla vahid liderdir. "Akkord” klubu 5 xalla II pillədə qərarlaşıb. Aktivində 4 xalı olan "Atasport”(Sumqayıt) 3-cü yerdədir. "Şahdağ” klubu isə keçirdiyi 3 oyunun hamısında məğlub olaraq hələlik turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Ölkə çempionatında IV turun oyunları aprelin 12-də keçiriləcək. Həmin gün "Akkord” və "Atasport”( Sumqayıt) komandaları qarşılaşacaqlar. Sonra "Şahdağ” və "Atasport”(Bakı) klubları münasibətlərinə aydınlıq gətirəcəklər.