Spartakiadanın qalibləri mükafatlandırıldılar

Spartakiadanın qalibləri mükafatlandırıldılar

Aprelin 9-da Buzovna qəsəbə stadionunda dördnövçülük üzrə Xəzər rayon məktəblilərinin XXVI Spartakiadasının finalı keçirilib. Turnirin keçirilməsində əsas məqsəd rayon məktəbliləri arasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək, məktəblilərin fiziki cəhətdən inkişafını və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarət olub. Final mərhələsində 5 məktəbdən 60 idmançı (30 oğlan, 30 qız) qüvvəsini sınayıb. Oğlanlar arasında keçirilən yarışda 26 saylı məktəbin komandası birinci yerə layiq görülüb. 92 saylı məktəbin komandası ikinci, 181 saylı məktəbin təmsilçiləri isə üçüncü yerə sahib çıxıblar. Qızların yarışında isə 234 saylı məktəbin komandası spartakiadanın qalibi adını qazanıb. 181 və 230 saylı məktəblərin təmsilçiləri isə, müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar. Qaliblər Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.