Avarçəkmə yarışını təxminən 7 milyon insan izləyib

Avarçəkmə yarışını təxminən 7 milyon insan izləyib



Avropa Azərbaycan Cəmiyyəti (AAC) Oksford və Kembric universitetləri arasında keçirilən və Britaniyanın idman həyatında özünəməxsus yer tutan avarçəkmə yarışına maliyyə dəstəyi göstərib.
Yarış Oksford və Kembric universitetlərinin tələbə avarçəkənləri arasında keçirilən sayca 160-cı görüş olub. Bir çox məşhur telekanallar, o cümlədən BBC, "Eurosport”, "Röyter”, EBU, ZDF və ARD vasitəsilə yayımlanan yarışı dünyada təxminən 7 milyon insan izləyib.
Üzərində "Avropa Azərbaycan Cəmiyyəti - Avropanı və Azərbaycanı birləşdirən təşkilat” yazılan banner BBC televiziya kanalında və avarçəkmə üzrə rekorda imza atan qadın - Treysi Eduardz ilə müsahibə zamanı nəzərəçarpacaq dərəcədə ekranlarda işıqlanıb.