Bu gün Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında 17-ci "Zəfər Kuboku" beynəlxalq turniri start götürüb. Yarışda Türkiyə, Rusiya, Almaniya, Fransa, Belarus, Gürcüstan, İran, Ermənistan, Bolqarıstan, Qazaxstan, Qırğızıstanla yanaşı, ölkəmizin yeniyetmə qızlardan ibarət yığma komandası da mübarizə aparır.
3-gün davam edəcək yarışda məşqçilər Arif Fərmanov və Siracuddin Eldarovun rəhbərliyi altında 7 güləşçimiz qüvvəsini sınayır. Komandamızın heyətində Türkan Nəsirova (46 kq), Tatyana Varantsova, Səbinə Həmzəlzadə (hər ikisi 49 kq), Leyla Qurbanova, Şəbnəm Əhmədova, Ləman Qurbanova (hamısı 52 kq) və Anita Kələntərova (70 kq) yer alıblar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edir.