Aprelin 19-22-də Bakı Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxstan, Özbəkistan, İran, Belarus, Tacikistan, İsveçrə, Macarıstan, Latviya, Gürcüstan və Qırğızıstan güləşçiləri də mübarizə aparacaqlar.
Turnirin proqramına əsasən, aprelin 19-da yunan-Roma güləşi üzrə yeniyetmələr, 20-də yunan-Roma güləşi üzrə gənclər döşək üzərinə çıxacaqlar. Yeniyetmə və gənclərdən ibarət sərbəst güləşçilər isə aprelin 21-22-də mübarizəyə başlayacaqlar.
Yarışların rəsmi açılış mərasimi aprelin 19-u saat 17.00-da keçiriləcək.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatları ilə təltif olunacaqlar.