Güləşçilərimiz Antalyada 6 medal qazanıblar

Güləşçilərimiz Antalyada 6 medal qazanıblar


Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında XVII "Zəfər kuboku” beynəlxalq turniri keçirilib. Turnirdə Türkiyə, Rusiya, Almaniya, Fransa, Belarus, Gürcüstan, İran, Ermənistan, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan idmançıları ilə yanaşı, ölkəmizin yeniyetmə qızlardan ibarət yığma komandası da iştirak edib.
Yeniyetmə qızlarımız turniri 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.
Qızıl medalları yığmamıza Tatyana Vorontsova (49 kq), Leyla Qurbanova (52 kq) və Anita Kələntərova (70 kq) qazandırıb. Türkan Nəsirova (46 kq) və Səbinə Həmzəlzadə (49 kq) yalnız final görüşündə uduzaraq gümüş medal əldə ediblər.
Digər təmsilçimiz Şəbnəm Əhmədova (52 kq) isə bürünc medala sahib olub.
Məşqçilər Arif Fərmanov və Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə qüvvəsini sınayan
7 güləşçidən 6-sı fəxri kürsüdə yer alıb.
Yığmamız komanda hesabında Türkiyə və Qazaxıstandan sonra üçüncü yeri tutub.
Görüşlərin idarə olunmasında beynəlxalq dərəcəli hakim Rövşən Azadov ölkəmizi təmsil edib.