“Universiada-2014” proqramına daxil olan idman yarışları başlayıb

“Universiada-2014” proqramına daxil olan idman yarışları başlayıb


Naxçıvan Dövlət Universitetində (NDU) Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr edilmiş "Universiada-2014” proqramına daxil olan idman yarışları başlayıb.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən NDU-nun rektoru, Əməkdar elm xadimi, professor Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamına əsasən bu yubileyin dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən bəhs edib.
Qeyd olunub ki, Naxçıvanın ərazi bütövlüyü və toxunulmazlığı ümummilli lider Heydər Əliyevin tarixi siyasi xidmətlərinin, muxtar respublika kimi bugünkü hərtərəfli müasir inkişafı ulu öndərin ideyalarına sədaqətin bəhrəsidir.
Naxçıvan Dövlət Universitetinin idman sahəsində qazandığı uğurlardan danışan rektor idmanın kütləviliyinin təmin olunmasının, tələbələrin asudə vaxtlarının səmərəli təşkilinin əhəmiyyətini diqqətə çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş "Universiada-2014” çərçivəsində ilk idman yarışı başlayıb. Finala vəsiqə alan pedaqoji fakültə ilə memarlıq və mühəndislik fakültəsinin oğlanlardan ibarət voleybol komandaları arasında keçən yarış birincilərin qələbəsi ilə başa çatıb.
Qaliblər kubok və diplomlarla təltif ediliblər.
İdmanın müxtəlif növləri arasında fakültə birinciliyi uğrunda keçirilən yarışlardan ibarət universiada bir ay davam edəcək.