Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə Bakı şəhər birinciliyi keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan yarışda RKİM, İOEUGGM, "Spartak” İC, "Neftçi” İSM, DİN İK, "Sərhədçi”, "Şağan” OİK, "Baku Flaymes”, "Ocaq Sport” İK və Nizami rayon UGİM-i təmsil edən 184 idmançı qalib adı uğrunda mübarizə aparıb.
2006-cı il təvəllüdlü yaş qrupu üzrə keçirilən yarışda Cəmilə İbrahimova I yerə layiq görülüb. Elnarə Cabbarova (2005-ci il) və Arzu Cəlilova (2004-cü il) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 2002-2003-cü illər təvəllüdlü gimnastların mübarizəsində Vəfa Həsənzadə qalib adını qazanıb. Yuniorlar arasında keçirilən yarışda isə Ruhiyyə Səttərova birinci yerə çıxıb.
Qrup hərəkətlərində "Sərhədçi” OİM birinci yerə layiq görülüb. "Baku Flames” İK ikinci, "Spartak” RŞ üçüncü olub.
Ümumi hesabda isə "Neftçi” İSM-in komandası turnirin qalibi adını qazanıb. "Baku Flames” İK və "Sərhədçi” OİM, müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.