“Zəngilan idman həyatı” kitabının II hissəsi çapdan çıxıb

“Zəngilan idman həyatı” kitabının II hissəsi çapdan çıxıb


İndiyədək Azərbaycan idmanının tarixindən bəhs edən xeyli kitab işıq üzü görüb. Haqqında söhbət açmaq istədiyimiz kitab isə bir bölgənin Zəngilan rayonunun idman həyatını əks etdirir. Bu, yazıçı- jurnalist Akif Kərimlinin "Zəngilanın idman həyatı” kitabıdır. Rayonun 1941-2013-cü illər üzrə idman həyatından bəhs edən kitabın ikinci cildi buyaxınlarda çapdan çıxıb. "Apostroft” mətbəəsində yığılan kitab 596 səhifədən ibarətdir. Kitabda zəngilanlı idmançıların 1941-2013-cü illər ərzində iştirak etdiyi yarışlar, yarışlarla bağlı mətbuatda gedən yazılar, rayonun, eləcə də ölkəmizin idman şərəfini qoruyan atletlər barədə məlumatlar toplanıb. Zəngilanda idmanın inkişafında, uşaqların bu sahəyə kütləvi şəkildə cəlb edilməsində xüsusi əməyi olan bədən tərbiyəsi müəllmləri barədə də ətraflı məlumat verilib. "Zəngilanın idman həyatı” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, yazıçı jurnalist Akif Kərimli futbol üzrə respublika dərəcəli hakim , "Aəzərbaycan fəxri bədən tərbiyəsi və idman işçisi” adlarına layiq görülüb. O, "Zəngilan şəhidləri”, "İşğal”, "Vətən sizi unutmaz”, "Soraq verin”, "Zəngəzurun qeyrət qalası Nüvədir”, "Şəxsi igidlik”, "Yarımçıq qalmış ömür” və s. kitabların müəllifidir.