Avarçəkənlər Zığ buxtasında mübarizə aparıblar

Avarçəkənlər Zığ buxtasında mübarizə aparıblar



Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Zığ buxtasında avarçəkmə üzrə Bakı şəhər çempionatı keçirilib. Yarışda paytaxt idmançıları qüvvələrini sınayıb. Qaliblər müvafiq dərəcəli diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Qaliblər bugünlərdə Mingəçevir şəhərində start götürmüş respublika reqatasında mübarizə aparacaqlar.