Reqbi üzrə Bakı şəhər açıq birinciliyi keçirilib

Reqbi üzrə Bakı şəhər açıq birinciliyi keçirilib



Şəfa stadionunda reqbi üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan yarışda "Tissa”, "Bakı” komandalarının, 1, 3, 4, 5 və 6 saylı uşaq evlərini təmsil edən 140 idmançı mübarizə aparıb. "Bakı” komandası bütün rəqiblərini üstələyərək yarışların qalibi adını qazanıb. 3 saylı uşaq evi ikinci, "Tissa” komandası isə üçüncü yerə layiq görülüb. Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.