Avropa çempionatından möhtəşəm qələbə

Avropa çempionatından möhtəşəm qələbə

İsveçin Höteborq şəhərində örtülü stadionda keçirilən atletika üzrə Avropa çempionatı Azərbaycan atleti Haylı İbrahimovun möhtəşəm qələbəsi ilə başa çatıb. 3 min metr məsafəyə yarışlarda yüksək nəticə göstərən atletimiz (7, 49, 74) Avropa çempionu tituluna layiq görülüb. Bu, Haylı İbrahimovun idman karyerasında, həmçinin Azərbaycan atlktika tarixində əldə olunan ən böyük uğurudur. İdmançımızın qitə çempionatında yüksək texnika və əzmkarlıq nümayiş etdirməsi onu fəxri kürsünün 1-ci pilləsinə yüksəldib. Qitə çempionatında ispaniyalı Xuan Karlos İquero (7,50,26) ikinci, irlandiyalı Kiarm O `Bionayrd isə (37,50,92) üçüncü olub.Məlumat üçün bildirək ki, Haylı İbrahimov 2010-cu ildə keçirilən Avropa çempionatında (5 min metr) bürünc, 2011-ci ildə təşkil olunan Avropa çempionatında (3 min metr) isə gümüş medal qazanıb.