Bakıda güləş üzrə beynəlxalq turnir davam edir

Bakıda güləş üzrə beynəlxalq turnir davam edir


Aprelin 19-da Bakı Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnirə start verilib.
Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Belarus, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, İran, Tacikistan, İsveçrə, Macarıstan, Latviya, Gürcüstan və Qırğızıstan güləşçiləri iştirak edirlər. Yarışın ilk günü 100-dək idmançı on çəki dərəcəsində birincilik uğrunda mübarizə aparıblar. Turnirdə artıq 42 və 46 kiloqram çəki dərəcələrində yarımfinalçılar müəyyənləşib.
Yarışda 42 kiloqram çəki dərəcəsində azərbaycanlı və türkiyəli idmançılar qarşılaşacaqlar. Belə ki, Zaur Nuriyev Fatih Arslan ilə, Elşad Məmmədov isə Kamal Kerem ilə qüvvələrini sınayacaqlar. Turnirdə 46 kiloqram çəki dərəcəsində pəhləvanlarımız Rəşad Abdulov və Seymur Hüseynov görüşəcək, digər idmançımız Nofəl Babayev isə iranlı Mustafa Kalavi ilə qarşı-qarşıya gələcək.